Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

"Unikal" xəbər verir ki, günün yeganə matçında "Səbail" doğma meydanda "Kəpəz"lə üz-üzə gələcək.

Oyunu Rauf Allahverdiyev idarə edəcək.

Paytaxt təmsilçisi 9-cu, hesabında xal olmayan Gəncə klubu sonuncu - 10-cu pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

IV tur

23 avqust

19:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Rauf Cabarov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“ASCO Arena”

Qeyd edək ki, turun digər qarşılaşmaları 24 və 25 avqustda keçiriləcək.