Abşeron rayonunun Novxanı kəndində yanğın olub.

"Unikal" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 800 m² olan ikimərtəbəli obyektin (supermarket kimi fəaliyyət göstərir) zirzəmisində gücü 25 kVt olan transformatorun sarğıları yanıb. Obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.