Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsində elektrik lövhəsində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətilərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Bu barədə FHN-dən "Unikal"a verilən məlumatda deyilir. 

"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə qeyd olunur.

*** 20:48

Bakıda Yasamal rayonu ərazisində yerləşən "Hayat Plaza" yaşayış kompleksində yanğın baş verib. 

"Unikal" xəbər verir ki, yanğın binalardan birinin qaraj hissəsində başlayıb. 

Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.