2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 6 saylı Ordubad-Culfa seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Vüqar Rəhimzadə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş Culfa rayonunun Əbrəqunus kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidləri Kamran Yaqub oğlu Əliyevin, Hidayət Əjdər oğlu Ramazanovun, Əbdülməhəmməd Əbdüləli oğlu Yusifovun, İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Miryasin Mirqafar oğlu Seyidovun, Kırna kəndində İkinci Qarabağ müharibəsinin şəhidi Ramazan Əbülfəz oğlu Göydağlının, Bənəniyar kəndində Birinci Qarabağ müharibəsinin şəhidləri Şamil Telman oğlu Hüseynovun, Hüseyn Abbas oğlu Əliyevin, Zakir Sabir oğlu Həsənovun, Qızılca kəndində İkinci Qarabağ müharibəsinin şəhidi Kənan Əbdürrəhman oğlu Rzayevin, Saltaq kəndində İkinci Qarabağ müharibəsində şəhid olmuş Amil Mayis oğlu Gülməmmədovun, Ordubad rayonunun Dəstə kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Qurban Cavad oğlu Nəbiyevin, Əli Ədib oğlu Əliyevin, Darkənd kəndində İkinci Qarabağ müharibəsi şəhidi Saday Rza oğlu Məmmədəliyevin, Azadkənd kəndində baş leytenant Namiq Həsən oğlu Xəlillinin, Tivi kəndində Birinci Qarabağ müharibəsi şəhidi Ramin Ənvər oğlu Əliyevin məzarlarını, Ordubad şəhərində Şəhidlər xiyabanını ziyarət edib.
"Unikal" xəbər verir ki, deputatlığa namizəd onların, həmçinin Bakıda dəfn olunan Tivi kəndindən olan İkinci Qarabağ müharibəsi şəhidi Rufiz Şirzad oğlu Budaqovun evlərində olub, ailələrini ziyarət edib.
Vüqar Rəhimzadə torpaqlarımızın azadlığı yolunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının hər birinin bir qəhrəmanlıq dastanı yazdığını, onların həyat yolunun indiki və gələcək nəsillər üçün vətənpərvərlik məktəbi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Prezident İlham Əliyevin Sərəncamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 Sentyabr tarixi Anım Günü kimi təsis edilib. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirik.
Şəhid ailələrinin üzvləri Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Yeni Azərbaycan Partiyasının onlara diqqət və qayğısından bəhs ediblər. Tarixi Zəfərimizin Azərbaycanımızın qarşısında açdığı yeni zəfərlərdən böyük qürur hissi keçirdilərini bildiriblər.