Ucarda idarəetmədən çıxan "Vaz"  aşıb, yaralanan var.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Qazıqumlax kəndi yaxınlığından keçən hissəsində baş verib.

İdarəetmədən çıxaraq aşan "Vaz 2199" markalı maşında müxtəlif bədən xəsarətləri alan 1999-cu il təvəllüdlü Ucar rayon sakini Xəlilov Elman Əlikram oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov