Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasını başa vurduqdan sonra özünü məşqçi kimi görmədiyini etiraf edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, forvard gələcəkdə heç bir komandaya rəhbərlik etmək fikrində olmadığını deyib.
“Hazırda gələcəkdə heç bir komandaya rəhbərlik etmək barədə düşünmürəm. Mən özümü futbolla bağlı olmayan başqa proseslərdə görürəm, amma gələcəkdə bizi nələr gözlədiyini bir Allah bilir”, – deyə Ronaldo bildirib.
Portuqaliya millisinin tərkibində Ronaldo 2016-cı ilin Avropa çempionu olub, o, həmçinin, Portuqaliyalıların Yunanıstana 0:1 hesabı ilə uduzduğu Avro 2004-ün finalında da iştirak edib.