"Çelsi" "Genk"in və Belçikanın U-19 millisinin qapıçısı Mayk Pendersi transfer edib.
"Unikal" klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı qolkiperlə 2032-ci ilin yayına qədər müqavilə imzalanıb. O, bu mövsümü Belçika təmsilçisində keçirdikdən sonra gələn yay "Çelsi"də oynayacaq.
2023/24 mövsümündə Penders ölkənin ikinci divizionunda 25 oyuna çıxıb və 42 qol buraxıb.