DİN polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirib.
DİN-in Mətbuat xidmətindən “Unikal"a bildirilib ki, avqustun 25-də saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd olunub ki, Qax Rayon Polis Şöbəsinin rəisinin də içərisində olduğu “Toyota” markalı avtomobilin qəza hadisəsi ilə bağlı aidiyyəti üzrə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, hadisə nəticəsində hərəkətdə olan avtomobil 1987-ci il təvəllüdlü Samrat Şəhriyar oğlu Paşayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib.