“Nacional” futbol klubunun uruqvaylı müdafiəçisi Xuan İzquierdo 28 yaşında dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə “Nacional” futbol klubu bəyanat yayıb.
Xatırladaq ki, avqustun 22-də İzquierdo Libertadores Kubokunun 1/8 final mərhələsində "San Paulo" ilə oyunda huşunu itirib. Xəstəxanaya yerləşdirilən futbolçuya ürək ritminin pozulması diaqnozu qoyulub.
Uruqvay Peşəkar Futbolçuların Hüquqlarını Müdafiə Assosiasiyası (MUFP) İzquierdonun reanimasiyaya düşdüyü insidentlə əlaqədar ölkə çempionatının dayandırıldığını açıqlayıb.
Gülayə Mecid