""Qarabağ" klubunun oyunları həmişə çətindir. İnanıram ki, "Qarabağ" bu mərhələni keçəcək".

Bunu "Unikal"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, "Qarabağ" azarkeşi Aqil Abbas deyib.

"Səfər oyununda rəqibə 3:0 hesabı ilə məğlub olsa da, buradakı oyunda 4:0 qalib gələr", - deyə A.Abbas bildirib.

Qeyd edək ki, "Qarabağ" klubu bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiya təmsilçisi "Dinamo" ilə cavab matçına çıxacaq.

Anar Kəlbiyev