Sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.
"Unikal'ın əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar edən şəxsin Şəki rayon sakini Y.İbadullayev olduğunu polis müəyyən edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.
Murad İbrahimli