Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 28-də ümumi çəkisi 66,4 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqrama yaxın heroin, 62,7 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 14 preqabalin və 20 ədəd tramadol həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.