London "Çelsi"sinin ispaniyalı qapıçısı Kepa Arizabalaqa "Bornmut"a keçib.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlayıb. 

29 yaşlı futbolçu "İlahələr"lə 1 illik müqavilə imzalayıb və icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, Kepa ötən mövsümü Madrid "Real"ında icarə əsasında keçirib.

Kepa hələ də futbol tarixinin ən bahalı qapıçısı hesab olunur, "zadəganlar"onun üçün 2018-ci ildə Bilbao "Atletiko"suna 80 milyon avro ödəyib.

Ağarza Elçinoğlu