İngiltərə "Liverpul"u heyətini yeni futbolçu ilə gücləndirib.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi son olaraq İtaliyanın "Yuventus" komandasında çıxış etmiş Federiko Kyezanı transfer edib.

İtaliya millisinin üzvü olan vingerlə müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Federiko Kyeza “Yuventus”un heyətində 131 matçda 32 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.