Ayı Oğuz rayon sakininə hücum edib.

"Unikal" xəbər  verir ki,hadisə Oğuz rayonunun  "Kor dərə" adlanan dağlıq ərazisində baş verib.

Calut-2 qəsəbəsində məskunlaşmış Xocalı rayon sakini 1962-ci il təvəllüdlü Əliyev Bakir Sabir oğluna həmin ərazidə ayı hücum etməsi və onu yaralaması ehtimal olunur.

Hazırda yaralının  ərazidən rayon ərazisinə gətirilməsi istiqamətində işlər aparılır.

Seymur Əli