Belçikalı forvard Romelu Lukakunun yeni klubu bəlli olub.

"Unikal" xəbər verir ki, 31 yaşlı futbolçu İtaliyanın "Napoli" klubu ilə rəsmi razılıq əldə edib.

Lukaku 2027-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Roma"da keçirən hücumçu 47 oyunda 21 qol vurmağı bacarıb.