Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) təşkilatçılığı ilə Monakoda 36 komandanın iştirakı ilə Çempionlar Liqasının ümumi mərhələsinin püşkatma mərasimi keçirilib.
“Unikal” xarici KİV-ə istinadən xəbər verir ki, Yeni formatda keçirilən turnirdə qrup mərhələsində komandaların sayı artıb - 32 yox, 36 olub.
Hazırkı çempion - "Real Madrid" Dortmund "Borussiya", "Liverpul", "Milan", "Atalanta", "Zalsburq", "Lill", "Ştutqart" və "Brest"lə qarşılaşacaq.
Ümumi mərhələdə “Mançester Siti” meydanda PSJ və “Yuventus”la qarşılaşacaq.
"Barselona" rusiyalı futbolçu Aleksandr Qolovinin çıxış etdiyi "Borussiya", "Bavariya" və "Monako" ilə qarşılaşacaq.
Qeyd edək ki, 25-36-cı yerləri tutan komandalar avrokuboklardan kənarlaşdırılıb.
Fidan Nuriyeva