“Lokomotiv” və “Anji” futbol klublarının, eləcə də Ukrayna millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Əliyev barəsində cinayət işi başlandıqdan sonra o, beynəlxalq axtarışa verilə bilər.
"Unikal" xəbər verir ki, bu barədə hüquqşünas Maksim Kalinov Rusiya KİV-ə bildirib.
"Cinayət işi başlansa, o, beynəlxalq axtarışa verilə, həbs oluna və Rusiyaya təhvil verilə bilər", - o deyib.
Avqustun 30-da Əliyev sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələrini irəliyə getməyə və Rusiyada insanları öldürməyə çağıran video yayımlayıb: "Mən cəbhə xəttində olanlara müraciət etmək istəyirəm. Uşaqlar, irəliləyin. Mülki insanları öldürün".
Futbolçu 2010-cu ildə Kiyev "Dinamo"sundan Moskvanın "Lokomotiv"inə keçib. Ukrayna millisinin heyətində Əliyev 28 oyun keçirib.
Ağarza Elçinoğlu