Aktrisa Liya Remini rəfiqəsi Cennifer Lopezdən nümunə götürərək ərindən boşanmaq üçün məhkəməyə müraciət edib.
"Unikal" xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.
Liya da Lopez kimi vəkilsiz boşanmaq qərarına gəlib. Sənədlərdə o, ayrılığın səbəbinin barışmaz fikir ayrılıqları olduğunu bildirib. Cütlük avqustun 1-də rəsmən ayrılıb.
Remini, demək olar ki, 30 il davam edən ailə həyatını bitirməzdən əvvəl uzun müddət düşündüyünü etiraf edib. O, bu müddət ərzində həm özünün, həm də ərinin çox dəyişdiyini vurğulayıb. Aktrisa hesab edir ki, indi onlar bir-birinə yaraşmır.
Aktrisa Liya Remini 2003-cü ildən aktyor Ancelo Paqana ilə evlidir. Bu izdivacdan onların 20 yaşlı qızı Sofiya Bella dünyaya gəlib.