Azərbaycan Premyer Liqasında V turun növbəti oyunu keçirilib.

"Unikal" xəbər verir ki, “Araz-Naxçıvan” səfərdə “Sumqayıt”la qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 56-cı dəqiqə Miço Kuzmanoviç vurub.

“Araz-Naxçıvan” qələbə sayəsində hazırda 7 xalla turnir cədvəlində üçüncü yerə yüksəlib. “Sumqayıt” isə 6 xalla altıncı pilləyə enib.

Günün ilk oyununda “Turan Tovuz” “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, tura sentyabrın 1-də yekun vurulacaq.