Ağstafada 30 yaşlı kişini bıçaqlayan şəxs tutulub.

Bu barədə DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"ın Qərb  bürosuna bildirib. DİN rəsmisinin sözlərinə görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid Hüseynov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

*** 23:35

Ağstafada 30 yaşlı kişi bıçaqlanıb.

"Unikal"ın qərb bürosunun məlunatına görə, hadisə rayon ərazsində qeydə alınıb. Belə ki,1994-cü il təvəllüdlü Mirbaba Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 30 yaşlı kişinin vəziyyəti ağır olduğundan Qazaxda yerləşən xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Tural Əhmədov