"Fiorentina"nın yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını Türkiyə çempionatında davam etdirəcək.
"Unikal" xəbər verir ki, mərakeşli futbolçu İstanbul nəhəngi "Fənərbağça"ya keçib.
Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Sarı bülbüllər" yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müddətə icarə müqaviləsi imzalayıb. "Fənərbağ"ça 2025-ci ilin yayında ulduz futbolçunun hüquqlarını ala biləcək.
Ötən mövsüm Amrabat “Mançester Yunayted”də icarə əsasında çıxış edib. Yarımmüdafiəçi Premyer Liqanın 21 matçında iştirak edib.
Xatırladaq ki, bu mövsümdən “Fənərbağça”nın baş məşqçisi tanınmış portuqaliyalı mütəxəssis Joze Mourinyudur.