Bakıda gənc qız bədbəxt hadisənin qurbanı olub.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Balababa Məcidov küçəsində baş verib.

Belə ki, 18 yaşlı A.Əsgərli adlı qız binanın eyvanından yıxılıb.

O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.