Amerikalı reper Fatman Skoop Hamden şəhərində çıxışı zamanı səhnədə huşunu itirib və ölüb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, həkimlərin səyinə baxmayaraq ifaçı 53 yaşında vəfat edib.

Reper 1990-cı illərdə " Be Faithful" mahnısı ilə məşhurlaşıb.