Növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında məhkumların səsvermə prosesi keçirilir.
"Unikal" xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılır.
38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev qeyd edib ki, burada 1081 məhkum qeydiyyatdadır.
Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir.
Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər Penitensiar müəssisələridə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev də təcridxanada səsvermə hüququndan istifadə edib.
Müxbir: Anar Kəlbiyev
Fotolar: Ayxan Məlikov