Rusiyanın Xalq artisti Aleksey Kudinoviç vəfat edib.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, aktyor sentyabrın 1-də dünyasını dəyişib. 

Kudinoviç Pyotr Karatıginin “Sirli qutu” filmində Merlyuş, Anton Çexovun “Üç bacı” filmində Ferapont, Aleksandr Ostrovskinin “Meşə” filmində tacir Vosmibratov, Lev Tolstoyun “Qaranlığın gücü” filmində Akim rolları ilə tanınır. Sənətçi 50 ildən artıq yaradıcılığında 70-ə yaxın rol ifa edib.