Türkiyənin məşhur kino aktrisası Ahu Tuğbanın Mayamidəki evində vəfat etdiyi iddia edilir.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddətdir ağır dərəcəli astma ilə mübarizə aparan 69 yaşlı aktrisa bir müddət əvvəl keçirdiyi yol qəzası səbəbindən əməliyyat olunub.

Jurnalist Hakan Solakerin məlumatına görə, Ahu Tuğbanın ölümü ilə bağlı qızı Anjelik polisə məlumat verib.