Ukrayna Basketbol Federasiyası təlim-məşq toplanışından ölkəyə qayıtmayan basketbolçu Artyom Pokoyenko və məşqçi Artyom Slipençuku ömürlük idmandan uzaqlaşdırıb.
"Unikal" xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
“Ölkəyə qayıtması ilə bağlı hər hansı təsdiqin olmamasını və Ukrayna milli komandalarının rəsmi nümayəndə heyətlərinin üzvləri tərəfindən bu cür hərəkətlərin yolverilməzliyini nəzərə alaraq, UBF-nin icraiyyə komitəsi baş məşqçi Artym Slipençukun Ukrayna millisindən qovulması məsələsinə baxıb və mütəxəssisi ömürlük ölkədə hər hansı basketbol fəaliyyətindən məhrum etdi. Həmçinin, icraiyyə komitəsi oyunçu Artyom Pokoyenkonu ömürlük diskvalifikasiya etdi. Qərar yekdilliklə qəbul edildi”, - Federasiyanın açıqlamasında deyilir.