Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 125 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.
"Unikal" həmin nəticələrə əsasən, VII çağırış parlament seçkilərində öndə olan ən yaşlı və ən gənc deputatları təqdim edir.
Beləliklə, 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Ziyad Səmədzadə 52 faiz səslə öndədir. Hazırda 84 yaşı olan Səmədzadə ən yaşlı deputatdır.
11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən Səbinə Xasayeva 68.4 faiz səslə irəlidədir. 31 yaşı olan S.Xasayeva ən gənc deputatdır.
Qeyd edək ki, Z.Səmədzadə onuncu, on birinci və on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
S.Xasayeva isə bundan əvvəl VI çağırış Milli Məclisin deputatı idi.
Anar Kəlbiyev