Hündürlükdən yıxılan 33 yaşlı kişi ağır xəsarət alıb.
"Unikal" xəbər verir ki, hadisə Şəki rayonunun Orta Zəyzid kəndində baş verib. Həmin kənd sakini 1991-ci il təvəllüdlü Rəsulov Yasin Ramiz oğlu 5 metr dərinlikdə çuxura yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaxınları onu Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəstəxanada həkimlər xəstənin vəziyyətini nəzərə alaraq Bakı şəhərindəki xəstəxanaların birinə göndəriblər.
Seymur Əli