Türkiyəli aktrisa Büşra Pekinin yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktrisa "Bahar" serialı ilə izləyicilərin qarşısına çıxacaq. O, layihədə "Həkim Sürəyya" obrazını canlandıracaq.
Qeyd edək ki, ekran işinin baş rollarını Demet Evqar, Mehmet Yılmaz Ak və Buğra Gülsoy paylaşır.