Ağsu  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı dələduzluq etməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Vüsal Mehraliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki, həmin şəxs zərərçəkənləri ev təmiri və digər vədlərlə aldadaraq onların pul vəsaitlərini ələ keçirib. Araşdırmalarla onun paytaxt və bölgələrdə daha bir neçə vətəndaşa qarşı analoji əməllər etdiyi məlum olub. V.Mehraliyev dələduzluq etdiyi şəxslərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

V.Mehralıyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.