Realiti-şou ulduzu Tereziya Fişer keçmiş sevgilisinin istəyi ilə boy uzatma əməliyyatı keçirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş sevgilisi Tomas Behrend Tereziyaya “Uzun boylu olmasan, səni sevməyəcəyəm” deməsi onun əməliyyat olunmasına səbəb olub.
Tereziya cəmi 128 min funt-sterlinqə (167 min dollar) başa gələn bir sıra ağrılı əməliyyatlar keçirib. Bu əməliyyatlarda ayaq sümükləri kəsilərək metal çubuqlarla təchiz edilib. Nəticədə o, hündürlüyünü 1,70 metrdən 1,84 metrə yüksəldib.
Əməliyyatlar 2016-cı ildə başlayıb və 2022-ci ilə qədər davam edib. Hər əməliyyatla ayaq sümükləri bir az daha uzadılıb.
Tereziya indi keçmiş sevgilisindən ayrılıb və yeni partnyoru Stefanla xoşbəxtdir. O, gələcəkdə modellik karyerasını davam etdirməyi və ailə həyatı qurmağı planlaşdırır.