İngiltərədə yaşayan braziliyalı model toyundan bir il sonra boşanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı Suellen Keri 2023-cü ildə özü ilə evlənib.

Kerinin sözlərinə görə, o, özündən yorulmağa başladığı üçün boşanıb: "Özümə çox təzyiq etdiyimi başa düşdüm və bu, bəzən məni yorurdu. Mən başa düşdüm ki, hətta özünüzlə olan evlilikdə belə, qüsurlarınızı qəbul etmək vacibdir".

Seymur Əli