Azərbaycan millisinin Millətlər Liqası çərçivəsində noyabrın 16-da baş tutacaq matçı - Estoniya yığmasına qarşı oyunu harada keçirəcəyi dəqiqləşib.

"Unikal" fanat.az-a istinadən xəbər verir ki, sözügedən qarşılaşma noyabrda Bakıda keçiriləcək COP 29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) səbəbindən Qəbələ şəhər stadionunda reallaşacaq.

Daha öncə bu oyunun Türkiyədə reallaşması müzakirə edilsə də, yekunda Qəbələ variantı daha uyğun hesab edilib.