Parisin Sen-Deni qəsəbəsindəki məşhur “Stad de Frans” stadionunda Azərbaycan idmançısı Lamiyə Vəliyevanın Paralimpiya Oyunlarında qazandığı qələbənin şərəfinə Azərbaycan himni səsləndirilib.
"Unikal" xəbər verir ki, Lamiyə 100 metr məsafəyə qaçışda 11,76 saniyə nəticə ilə səkkiz il davam edən dünya rekorduna imza atıb. Vəliyeva 2 qat Paralimpiya çempionu oldu. O, üç il əvvəl Tokioda 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal qazanmışdı.