“Trabzonspor” Mahmud Trezeqeni satın alma opsiyasıyla icarəyə götürmək üçün Əl-Rayyanla razılığa gəlib.

“Unikal” Türkiyə  KİV-ə istinadən xəbər verir ki, Trezeqe Əl-Rayyanın göndərdiyi şəxsi təyyarə ilə Trabzondan ayrılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl Türkiyənin “Kasımpaşa” və “Başakşəhər” klublarında da çıxış edib.

Fidan Nuriyeva