Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Qazel” markalı avtomobilin sürücüsü Rövşən Vahidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, yoxlama zamanı R.Vahidovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından sürücü tibbi müayinədən keçirilib.
Nəticədə onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.
Həmçinin, şəxsi axtarış zamanı əvvəllər də dəfələrlə məhkum olunmuş R.Vahidovdan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.