Türkiyəli aktyor Umut Avcı vəfat edib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 15 gün əvvəl beynindəki qan laxtalanması nəticəsində xəstəxanaya yerləşdirilən 44 yaşlı aktyor ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Umut “Hep yek”, “Ver kaç” ve “Ailece şaşkınız” kimi filmlərdə rol alıb. O, son olaraq "TRT 1"də yayımlanan "Kıbrıs: Zafere doğru" (əvvəlki adı “Bir zamanlar Kıbrıs” - red.) adlı serialda "Hamit" adlı sürücüyə həyat verib.