“Mançester Siti”nin futbolçusu İssa Kabore "Benfika"ya keçib.

"Unikal" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Burkina-Faso millisinin üzvü yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, 23 yaşlı müdafiəçi daha əvvəl icarə əsasında "Trua", "Marsel" və "Luton”da oynayıb.