Ermənistan Sülh Müqaviləsinin 10-cu paketini qarşı tərəfə göndərib. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamenti Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan bildirib.

"Burada biz mühüm addım atdıq və sazişdə demək olar ki, razılaşdırılmış bütün maddələri qoyub, Azərbaycana onu imzalamağı təklif edirik. 

Hesab edirəm ki, Sülh Müqaviləsinin əsas hissəsi razılaşdırılıb və onlar da məzmun baxımından çox vacibdir, yəni Sülh Müqaviləsi olub, onu imzalamaq olar. İndi top Azərbaycanın meydançasındadır və Azərbaycan buna rəsmi təkliflərlə cavab verməlidir". 

Ağarza Elçinoğlu