Salome Zurabişvili ölkə Konstitusiyasını pozduqdan sonra Gürcüstanın prezidenti deyil. 

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlayıb.

"Salome Zurabişvili Gürcüstanın prezidenti deyil. O, Konstitusiya Məhkəməsinə iddia qaldıranda onun legitimliyini tanıyıb. Konstitusiya Məhkəməsi isə Salome Zurabişvilinin qeyri-legitim prezident olduğunu, onun Konstitusiyanı pozan prezident olduğunu qərara alıb", - baş nazir qeyd edib. 

Kobaxidze həmçinin bildirib ki, Zurabişvili prezident postunu müxalif "Milli Hərəkat" partiyası sayəsində formal olaraq saxlayıb: "Müxalifət parlamentdə Zurabişvilinin impiçmentinin lehinə səs vermədi. Bundan sonra o, Gürcüstan prezidenti deyil, “Milli Hərəkat”ın prezidenti və onun adi marionetkasına çevrilib".

Ağarza Elçinoğlu