Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb.

"Unikal"ın məlumatına görə, 45 seçki dairəsi üzrə qalib gələn namizədlərdən 6 nəfəri məktəb direktorudur. Onlardan 5 nəfəri xanım, biri isə kişidir. 

Naxçıvan Ali Məclisinə deputat seçilən direktorların siyahısını təqdim edirik:

Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin direktoru Abbasov Əli Feyzulla oğlu 

Şərur rayon Çomaxtur kənd tam orta məktəbinin direktoru Nəcəfsoy Pərvin Vidadi qızı  

Şərur rayon Arbatan kənd tam orta məktəbinin direktoru Babayeva Aynur Arif qızı 

Şərur şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Hacıyeva Sevil Məhəmmədəli qızı 

Kəngərli rayon Xıncab kənd tam orta məktəbinin direktoru Orucova Xəzəngül Yunis qızı 

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin direktoru Tarverdiyeva Gülxarə Budaq qızı