Bu gün dörd ölkə bizi Rusiyanı Ukrayna ərazisindən çıxarmağa və mülki əhalinin həyatını xilas etməyə kömək edə biləcək dəqiq uzaqmənzilli silahlarla təmin edir və ya təmin etməyə qadirdir.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyanın baş naziri Saymon Harrislə mediaya birgə bəyanatı zamanı deyib.
"Uzaqmənzilli silahları bizə verən ölkələrdən onları istifadə etmək üçün icazə lazımdır", - Zelenski deyib.
O vurğulayıb ki, bu qərar konkret dövlətlərdən asılıdır: ABŞ, Britaniya, Fransa və Almaniya: "Yalnız bu dörd ölkə Rusiya Federasiyasını ərazimizdən sıxışdırıb çıxarmaqda və bütün şəhərlərdə: Poltava, Lvov, Xarkov, Kiyevdə mülki əhalinin həyatını xilas etməkdə bizə kömək edə biləcək uzaqmənzilli silahları ya verir, ya da təmin etməyə qadirdir. Biz hər gün insanları itiririk və bu problemlərin həllində gücümüz məhz bu dörd dövlətdən asılıdır".
Ağarza Elçinoğlu