Amerikanın Kaliforniya ştatında torpaq sürüşməsi səbəbilə fövqəladə vəziyyət elan edilib

"Unikal" xəbər verir ki, bu barədə ştatın qubernatoru Gevin Nyusom açıqlama verib.

Ranço Palos Verdes şəhərində sürüşmələr yaşayış məntəqələrinə və elektrik xətlərinə təhlükə yaradıb. 100-dən çox evin sakinləri təxliyə olunub.

İctimai təhlükəsizlik təhdidi üzündən “Southern California Edison” (SCE) kommunal şirkəti 140 evdə elektrik enerjisinin verilməsini dayandırıb və daha 105 binada elektrik enerjisini kəsməyi planlaşdırır.

Həmçinin, evləri artan sürüşmə yaxınlığında yerləşən insanlara bazar günü bu rayonu tərk etmək tövsiyə olunub.

Zərifə Nağıyeva