Almaniya Ukrayna üçün 17 ədəd “IRIS-T” hava hücumundan müdafiə sistemi tədarük edəcək.
"Unikal" “Eurointegration” portalına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts açıqlayıb. Onun sözlərinə görə, bu sistemlərdən 8 ədədi orta, 9 ədədi isə yaxınmənzilli sistemlərdir.
Kansler əlavə edib ki, 4 ədəd “SLM” və üç ədəd “SLS” tipli analoji silahlar artıq Ukraynadadır.