İsveçin xarici işlər naziri Tobias Billström gələn həftə İsveç hökumətini tərk edəcəyini elan edib. 

"Unikal" xəbər verir ki, nazirin bu qərarı İsveçin siyasi elitasını təəccübləndirib.

"Bu, asan qərar deyildi, amma mən bir müddətdir ki, bu barədə düşünürəm", - deyə Billström qeyd edib. 

Billström 2022-ci ilin oktyabrında xarici işlər naziri olub.

2022-ci ilin may ayında İsveç və qonşu Finlandiya İkinci Dünya Müharibəsindən sonra onilliklər boyu davam edən neytrallığa son qoyaraq NATO-ya üzv olmaq üçün müraciət edib. 18 aylıq ləngimə ilə İsveçin üzvlük iddiası Türkiyə və Macarıstanın razılaşmasından sonra sonra qəbul edilib.