İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemin oğlu Romeo Bekhem futbolçu karyerasını bitirmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, məlumatı "Daily Mail" yayıb.
Xəbərə görə, sentyabrın 1-də 22 yaşı tamam olan oğul-Bekhem bütün diqqətini model biznesinə yönəltmək niyyətindədir. Romeo artıq Parisin aparıcı model agentliklərindən biri ilə müqavilə imzalayıb.
Romeo Bekhem 2023-cü ildən "Brentford"un ikinci komandasında oynayır. "Albalılar" futbolçuya müqavilənin müddətini uzatmağı təklif etsə də, David və Viktoria Bekheml