Avtomobil aşıb,sürücü xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Qax-Qoragan  avtomobil yolunun rayonun  Alatəmir kəndi ərazisində kecən hissəsində qeydə alınıb. Qax rayon sakini 1985ci il təvəllüdlü Mirzəbəyov Elvin Dilbazi oğlu minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxaraq yol kənarına aşıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli