Baş rollarında Deniz Can Aktaş və Miray Daner olan “Hudutsuz Sevda” serialında yeni transferlər var.

“Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ikinci mövsümün çəkilişlırinə başlayan filmin heyətinə tanınmış aktyorlar Erkan Can və Engin Benli daxil olub. 

Qeyd edək ki, hər iki aktyor bundan öncə “ Mən bu cahana sığmazam” serialında rol alıb. 

Aktyorların “Hudutsuz Sevda” serialında hansı rolu canlandıracaqları isə hələ bəlli olmayıb. 

Fidan Nuriyeva